Bugünkü oyun bizim üçün çox çətin keçdi. “Barselona” ilə Çempionlar Liqası matçından sonra “Araz-Naxçıvan”la görüşə tam hazırlaşmaq imkanımız olmadı. Sadəcə, bərpa məşqi keçərək qarşılaşmaya köklənməyə çalışdıq.

Matc.az xəbər verir ki, bu sözləri "Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Araz-Naxçıvan”a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra mətbuat konfransında deyib.

O bildirib ki, "Araz-Naxçıvan” topa nəzarət və arxadan oyun qurmaq baxımından yaxşı təsir bağışladı: "Rəqib bu xüsusiyyətlərinə görə indiyədək qarşılaşdığımız komandaların əksəriyyətindən seçilirdi. Bununla belə, onların qapıya zərbələrinin sayı çox deyildi. Biz də oyuna yaxşı hazırlaşmışdıq, pressinq zamanı bəzi epizodlarda uğurlu olsaq da, hər zaman istədiyimiz səviyyədə çıxış edə bilmədik. Pressinq nəticəsində bir neçə qol şansı yaratdıq və uzaq məsafədən vurulan iki gözəl qolla fərqləndik. “Barselona” ilə görüşdən sonra bu matça köklənmək asan deyildi. “Sabah” ailəsini qələbə münasibətilə təbrik edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest