“İnter”in kapitanı Lautaro Martines zədədən sonra əsas heyətə qayıdışını qolla qeyd edib.

Argentina millisinin hücumçusu A Seriyasının “Cenoa” ilə qarşılaşmasında komandasının 4:0 hesablı qələbəsinə töhfə verib. Oktyabrın 10-da bud nahiyəsindən zədə alan futbolçu 6 həftədən çox yaşıl meydanlardan kənarda qalmışdı. O, ötən həftə meydana əvəzedici kimi çıxsa da, “Cenoa” ilə matçda ilk dəfə əsas heyətdə yer alıb.

Qarşılaşmada hesabı məhz Martines açıb. Daha sonra Markus Türam dubl edib, Petar Suçiç isə penaltidən fərqlənərək yekun nəticəni müəyyənləşdirib.

Matçdan sonra zədəsi barədə danışan argentinalı futbolçu uzun müddət bərpa prosesi keçdiyini bildirib:

“Çox ciddi zədə almışdım. Lakin zəhmət həmişə bəhrəsini verir. Bu qayıdış üçün 46 gün gözlədim. Bəzən gündə iki dəfə məşq edirdim. Nəticədə ən yaxşı formada geri dönərək komandama kömək edə bildim”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest