“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino əsasən ispandilli olan məşqçilər korpusundan klub daxilində ingilis dilində ünsiyyət qurmağı tələb edib.

Matc.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Bu gün argentinalı mütəxəssis İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində “Liverpul”la keçiriləcək matçda “Mançester Yunayted”in baş məşqçisi kimi debüt edəcək.

Nəşrin anonim mənbəsinin sözlərinə görə, Poçettino futbolçular üzərində nüfuz və xarizmaya malikdir. Komanda üzvləri onun Premyer Liqada böyük təcrübəyə sahib olduğunu və yüksək səviyyəli mütəxəssis olduğunu bilirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest