19 Noyabr 2026, 14:38
FUTBOL
“Bavariya”nın baş məşqçisi Vinsent Kompani səhhətində yaranan problemlər səbəbindən işdən uzaq qaldıqdan sonra yenidən fəaliyyətə başlaması ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən belçikalı mütəxəssis bu müddətdə ona dəstək olan rəhbərliyə, tibbi heyətə və məşqçilər korpusuna təşəkkür edib:
“Ümid edirəm ki, hər şey tezliklə öz qaydasına düşəcək. Klubun və gecə-gündüz çalışan tibbi heyətin göstərdiyi diqqətə görə çox minnətdaram. Onlar mənim qayğıma qalmaq üçün əllərindən gələni etdilər. Həmçinin, işlərini davam etdirən və yaranmış vəziyyətdən maksimum yararlanmağımıza kömək edən məşqçilər heyətimə də təşəkkür edirəm”.
O, komandasının “Atletiko” ilə oyununa da toxunub: “Atletiko”ya qarşı oyundan həqiqətən zövq aldım. Orada olmasam da, bu, məşqçilik karyeramın ən yaxşı anlarından biri idi. Bu xatirəni yaddaşımızda saxlayacağıq və o, bizə gələcək üçün güc verəcək”.













