“Barselona”nın idman direktoru Deku müdafiəçi Ronald Arauxonun “Liverpul”a daimi transferi ilə bağlı açıqlama verib. Matç.az xəbər verir ki, klub rəsmisi qış transfer pəncərəsində belə bir razılaşmanın baş tutması ehtimalını istisna etməyib. 
 
O, uruqvaylı futbolçunun gələcəyi ilə bağlı suala aydınlıq gətirib: “Bunun üçün müəyyən bir tarix var. Danışıqlar yalnız həmin vaxtdan sonra aparıla bilər. Lakin hazırda bunun vaxtı deyil”.
 
Deku Arauxonun qərarına hörmətlə yanaşdıqlarını və futbolçu ilə münasibətlərinin yaxşı olduğunu da vurğulayıb:
 
“Şəxsən mən Ronald üçün çox şadam. O, klubumuzda həm çətin, həm də xoş anlar yaşamış kapitanlardan biridir. Aramızda yaxşı münasibət var. Bu, onun öz qərarı idi və biz buna hörmətlə yanaşırıq”.
 
Deku müdafiəçinin İngiltərə klubunda qalmasının “Barselona” üçün də məqbul variant olduğunu qeyd edib. Onun sözlərinə görə, əsas məsələ futbolçunun özünü xoşbəxt hiss etməsi və karyerasını uğurla davam etdirməsidir.
 
Qeyd edək ki, Ronald Arauxo avqustun 10-da 2027-ci il iyunun 30-dək qüvvədə olan icarə müqaviləsi əsasında “Liverpul”a keçib.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest