10 Noyabr 2026, 20:32
FUTBOL
“Barselona”nın futbolçusu Pau Kubarsi “Golden Boy-2026” mükafatının qalibi olub. Matc.az xəbər verir ki, 19 yaşlı müdafiəçi Avropanın 21 yaşadək ən yaxşı futbolçusu seçilib.
İspaniya millisinin heyətində dünya çempionu olan Kubarsi bu mükafata layiq görülən ikinci müdafiəçidir. Ondan əvvəl 2018-ci ildə Matteys de Liqt bu uğura imza atmışdı.
Kubarsi mükafatı dekabrın 14-də İtaliyanın Turin şəhərində keçiriləcək mərasimdə alacaq.






_1693395834.png)






