“Kəpəz” Premyer Liqanın X turunda “İmişli”ni 1:0 hesabı ilə məğlub edib. 

Matc.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov oyundan sonra qələbəni şərh edib.

O, komandasının uğurunda azarkeşlərin və futbolçuların böyük pay sahibi olduğunu bildirib:

“Gəncədə "Kəpəz"ə qarşı oynamaq rəqib üçün də asan deyil, çətindir. Etiraf etməliyəm ki, qələbəmizdə azarkeşlərimizin və futbolçularımızın böyük payı var. Onlara təşəkkür etmək istəyirəm. Futbolçularımız bu gün meydanda çox istəkli idilər və yaxşı futbol nümayiş etdirdilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest