"Sarı-göylər" indiyədək 4 dəfə kubokun finalında iştirak hüququna yiyələniblər. Özü də hər 4 həlledici görüş uğurla nəticələnib. "Kəpəz" tarixinin qızıl dövrünə təsadüf edən bu nailliyətlər zamanı komandanın baş məşqçisi Gəncə futbolunun canlı əfsanəsi Mehman Allahverdiyev olub.

"Kəpəz" klubu sabah tarixində 31-ci dəfə Azərbaycan kuboku uğrunda yarışda mübarizəyə başlayır. Matc.az xəbər verir ki, klubun rəsmi saytı kubokdakı növbəti sınağı ərəfəsində yaxın keçmişə nəzər salıb, maraqlı məqamları xatırlayıb.

4-də 4

"Sarı-göylər" indiyədək 4 dəfə kubokun finalında iştirak hüququna yiyələniblər. Özü də hər 4 həlledici görüş uğurla nəticələnib. "Kəpəz" tarixinin qızıl dövrünə təsadüf edən bu nailliyətlər zamanı komandanın baş məşqçisi Gəncə futbolunun canlı əfsanəsi Mehman Allahverdiyev olub.

"Kəpəz" finallarda

1993/94 "Kəpəz" - "Xəzər" (Lənkəran) 2:0

1996/97 "Kəpəz" - "Xəzri" 1:0

1997/98 "Kəpəz" - "Qarabağ" 2:0

1999/2000 "Kəpəz" - "Qarabağ" 2:1

 

"Kəpəz" 3-cü yerdə

Ümumiyyətlə, indiyədək Azərbaycan kubokunu 10 kollektiv qazanıb. "Kəpəz" qaliblərin siyahısında titulların sayına görə 3-cü yeri tutur.

Azərbaycan kubokunun qalibləri:

"Qarabağ" - 8 dəfə

"Neftçi" - 6 dəfə

"Kəpəz" - 4 dəfə

"Bakı" - 3 dəfə

"Xəzər-Lənkəran" - 3 dəfə

"Keşlə" - 2 dəfə

"Qəbələ" - 2 dəfə

"Sabah" - 2 dəfə

"İnşaatçı" - 1 dəfə

"Şəfa" - 1 dəfə

 

Eyni mərhələ, eyni rəqib

"Kəpəz"in 2026/27 mövsümündə ilk rəqibi I Liqa təmsilçisi "Baku Sportinq"dir. Püşkatma zamanı "Baku Sportinq"in adı çıxan zaman sanki dejavu yaşandı. Axı gəncəlilər 3 il öncə ölkə kubokunun ikinci təsnifat mərhələsində məhz elə bu rəqiblə üzə-üzə gəlmişdilər. Həmin vaxt "Baku Sportinq"i matçın əsas vaxtında üstələyə bilməyən "Kəpəz" əlavə hissələrdə 2 qol vuraraq 1/8 finala yüksəlmişdi.

 

Avrokuboklara ən qısa yol

Bəli, kubok yarışını adətən belə adlandırırlar: qitəmiqyaslı turnirlərə ən qısa yol. Çünki uzun və gərgin çempionatdan fərqli olaraq, kubokda cəmi 5-6 rəqibi üstələməklə, həm baş mükafatı qazanmaq mümkündür, həm də avrokuboklara vəsiqəni. "Kəpəz" bir oyunluq format üzrə keçirilən ikinci təsnifat mərhələsində "Baku Sportinq"ə qalib gələcəyi təqdirdə, 1/8 finalda səfərdə "Turan Tovuz"la qarşılaşacaq. Komandamızın altqrupunda favoritlərdən biri "Zirə" sayılır. Yəni, 1/4 finalda mümkün rəqibimiz adıçəkilən klub ola bilər.

 

 

Kubok yarışı sürprizlərlə doludur. Güclü azarkeş dəstəyi sayəsində Misli Premyer Liqasında uğurlu qrafik cızan "sarı-göylər" kubokda iddialı ola bilərlər. Final matçının 2027-ci il mayın 12-də Gəncə şəhər stadionuna təyin olunduğunu nəzərə alsaq, "Kəpəz"in finala yüksəlişi yerli futbol həvəskarları üçün ikiqat bayram olardı. Necə deyərlər, iştah diş altındadır. Komandamızın kubokdakı uzunmüddətli sindromu qıracağına ümidvarıq. Hər bir halda, baş məşqçi Azər Məmmədova və onun "Yenilməz armada"sına uğurlar!

 

"Kəpəz" Azərbaycan kuboku yarışlarında:

114 oyun, 63 qələbə, 16 heç-heçə, 35 məğlubiyyət; topların fərqi 203-122

 

 

 

1992 - 1/8 final

1993 - birinci tur

1993/94 - qalib

1994/95 - 1/2 final

1995/96 - 1/4 final

1996/97 - qalib

1997/98 - qalib

1998/99 - 1/4 final

1999/2000 - qalib

2000/01 - 1/4 final

2001/02 - 1/2 final

2003/04 - 1/8 final

2004/05 - 1/8 final

2005/06 - 1/8 final

2009/10 - 1/8 final

2010/11 - 1/8 final

2011/12 - 1/8 final

2012/13 - 1/8 final

2013/14 - ikinci tur

2015/16 - 1/8 final

2016/17 - 1/4 final

2017/18 - 1/4 final

2018/19 - 1/8 final

2019/20 - 1/8 final

2020/21 - 1/4 final

2021/22 - 1/8 final

2022/23 - 1/4 final

2023/24 - 1/8 final

2024/25 - 1/4 final

2025/26 - 1/4 final

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest