İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel “Bavariya”nın hücumçusu Harri Keyni “Qızıl top” mükafatını qazanması münasibətilə təbrik edib.

Matc.az saytının BBC-yə istinadən məlumatına görə, Tuxel bildirib ki, onun kimi futbolçuya sahib olduqları üçün özünü şanslı sayır: “Sənin çıxışlarını təsvir etmək üçün artıq söz tapmaqda çətinlik çəkirəm, amma nəhayət futbol dünyası tərəfindən rəsmi şəkildə tanınmağına çox şadam. Son 25 ildə bu böyük şərəfə layiq görülən ilk ingilis olmağın bu uğuru daha da əhəmiyyətli edir. Sənin kimi bir liderə sahib olduğumuz üçün çox şanslıyıq. Əminəm ki, bu anın sevincini yaxınlarınla birlikdə doyunca yaşayacaqsan, sonra isə yenidən ən yaxşı bacardığın işə, yəni qol vurmağa və matçlarda qalib gəlməyə qayıdacaqsan”.

2025/2026 mövsümündə Keyn “Bavariya”nın heyətində Almaniya çempionu olub, ölkə Superkubokunu və DFB-Pokalı qazanıb. O, İngiltərə millisi ilə 2026-cı il dünya çempionatında bürünc medal əldə edib. 2025-ci ilin avqustundan 2026-cı ilin iyuluna qədər Keyn “Bavariya” və milli komandanın heyətində keçirdiyi 65 oyunda 73 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest