Böyük Britaniyanın paytaxtı Londondakı tarixi “London Palladium” teatrında futbol dünyasının ən nüfuzlu fərdi - “Qızıl top”  mükafatlandırma mərasimi start götürüb. Matc.az xəbər verir ki, tarixdə ilk dəfə Fransadan kənarda təşkil olunan 70-ci yubiley tədbiri hazırda canlı olaraq davam edir.  

Hazırda zalda və qırmızı xalçada nə baş verir?

Londondakı nəqliyyat sıxlığı səbəbindən mərasimin rəsmi başlanğıcı  nəzərdə tutulandan təxminən 30 dəqiqə sonraya keçirilib. Bütün ulduz qonaqlar artıq zala daxil olublar.  

Əsas namizədlərdən Harri Keyn ("Bavariya") həyat yoldaşı və komanda yoldaşları (Maykl Olise, Dayo Upamekano, Luis Dias) ilə birlikdə azarkeşlərin böyük alqışları altında qırmızı xalçadan keçib.

Madrid “Real”ının nümayəndə heyətinə Kilian Mbappe, “Barselona”nın gənc ulduzu Lamin Yamal isə Kataloniya klubunun xüsusi heyəti ilə teatra təşrif buyurub. 

2025-ci ilin qalibi Usman Dembele də zədəli olmasına baxmayaraq, tədbirdə fəxri qonaq kimi iştirak edir.

Tədbirin musiqili açılışını reper Frenç Montana edib. Mərasimin aparıcıları isə Keti Skott və əfsanəvi Tyeri Anridir.

Qalibin adı yaxın dəqiqələrdə "London Palladium" səhnəsində rəsmən elan olunacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest