"Yaxşı komandaya qarşı oynadıq, amma ən vacib olan nəticədir. Gərgin mübarizə şəraitində bir matç keçdi. Hər iki komanda qalibiyyət üçün mübarizə apardı, amma bir xalla kifayətləndik"

“Qarabağ”ın müdafiəçisi Bruno Lanqanın “Sabah”la qolsuz heç-heçə etdikləri matçdan sonra müsahibəsi 
 
– Çətin oyun oldu. Yaxşı komandaya qarşı oynadıq, amma ən vacib olan nəticədir. Gərgin mübarizə şəraitində bir matç keçdi. Hər iki komanda qalibiyyət üçün mübarizə apardı, amma bir xalla kifayətləndik.
 
– Düşünürsən ki, “Qarabağ” əvvəlki oyunlara nisbətdə bu gün daha yaxşı çıxış etdi?
 
– Mübarizə aparırıq, yaxşı işlər görürük, amma düşünürəm ki, inkişaf etməliyik. Biz oyundan-oyuna daha yaxşı olmağa çalışmalıyıq. Bu gün əvvəlkindən daha yaxşı mübarizə aparırıq. Amma biz daim inkişaf etməliyik. Çalışırıq ki, bunu edək. Növbəti oyunlarda da qalibiyyət əldə etməyə çalışacağıq.
 
– Ardıcıl olaraq “Neftçi” və “Sabah”a qarşı oynadınız, hər ikisini heç-heçə başa vurdunuz. Yorğunluq oldu?
 
– Oyunumuz xoşuma gəldi. Hər iki komandaya qarşı yaxşı mübarizə apardıq. Rəqiblər də yaxşı komandalar idi. Onlar da çempionluq üçün mübarizə aparır. Bu səbəbdən gərgin mübarizəli matçlar oldu. Hələ bizi uzun marafon gözləyir. Yenə bu rəqiblərlə qarşılaşacağıq. Düşünürəm ki, hələ yaxşı oyunlar qarşıdadır.
 
– Sanki özün də əvvəlkilərdən daha yaxşı matç keçirdin?
 
– Bu barədə nəsə deyə bilmərəm. Siz daha yaxşı fikir bildirə bilərsiniz. Amma mən həmişə inkişaf etməyə, daha yaxşı oynamağa çalışıram. Komandama kömək etmək üçün, əlimdən gələni etmək üçün buradayam. Çalışıram ki, meydanda komandama xeyir verim.
 
– Mövsümün sonunda çempion olacağınıza inanırsan?
 
– İndi bu barədə nəsə demək çətindir. Bizim öz yolumuz var və bu yolda daha yaxşı olmağa çalışırıq. Çempionatda “Sabah”, “Neftçi”, “Zirə” kimi çətin komandalar var. Onlarla mübarizə aparırıq. Sonda hamımız nəticəni görəcəyik (futbolinfo.az).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest