“Kəpəz” klubunun rəsmi fan-şopu – “1959 Store” fəaliyyətə başlayıb.

Matc.az xəbər verir ki, mağaza “Kəpəz” azarkeşlərinin təşəbbüsü və klub rəhbərliyinin dəstəyi ilə yaradılıb.

Fan-şopda həm uşaqlar, həm də böyüklər üçün xüsusi dizaynlı və oyun formaları, nostalji formalar, şərflər və digər azarkeş atributları satışa təqdim olunur.

Mağaza Gəncə şəhər stadionunun mərkəzi girişində yerləşir və hər gün saat 11:00-dan 19:00-dək fəaliyyət göstərir. “Kəpəz”in ev oyunları zamanı fan-şop matçın sonunadək açıq olur. Səfər qarşılaşmaları günlərində isə mağaza fəaliyyət göstərmir.

Azarkeşlər istədikləri məhsulları əvvəlcədən sifariş edərək ünvanlarına çatdırılma yolu ilə də əldə edə bilərlər.

Sifariş və ətraflı məlumat üçün 055 439 19 59 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest