Cənubi Koreyanın “Seul” klubu ölkə çempionatının qalibi olub.

Matc.az xəbər verir ki, komanda K Liqa 1-in 33-cü turunda doğma meydanda “Kanqvon”la 1:1 hesablı heç-heçə edib.

Qarşılaşmada “Seul”un heyətində Mun Son-min 58-ci dəqiqədə hesabı açıb. Yeddi dəqiqə sonra Kanq Jun-hyok tarazlığı bərpa edib.

Bununla belə, “Seul” çempionluğu vaxtından əvvəl təmin edib. Belə ki, komanda 67 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədəki “Ulsan HD” isə “Pohanq Stilers”lə 2:2 hesablı heç-heçə edib və 51 xala malikdir.

Beləliklə, sona beş tur qalmış rəqiblərinin onu qabaqlamaq şansı qalmayıb.

Bu, “Seul”un 2016-cı ildən sonra ilk, klub tarixində isə yeddinci çempionluğudur. Komanda mövsümü baş məşqçi Kim Ki-donqun rəhbərliyi altında uğurla davam etdirib.

Qeyd edək ki, “Seul” Cənubi Koreya çempionluğunu mövsümün sonuna beş tur qalmış təmin edən üçüncü komanda olub. 

Mahir Axund

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest