Kişilər arasında qalib Keyn, qadınlar arasında isə “Barselona”da oynayan Polşa millisinin hücumçusu Eva Pajor olub. Pajor bu mükafatı ardıcıl ikinci dəfə qazanıb.

“Bavariya”nın  və İngiltərə yığmasının futbolçusu Harri Keyn “Qızıl top” mərasimində 2025/2026 mövsümünün ən yaxşı hücumçusu mükafatına layiq görülüb. Matc.az xəbər verir ki, kubok Londondakı “Palladium” teatrında təqdim olunub və Keyn doğma ölkəsində alqışlarla qarşılanıb.

Bu mükafat Herd Müller Trofeyi adlanır və mövsüm ərzində klub və milli komanda üçün ən çox qol vurana verilir. Keyn 2025/2026 mövsümündə “Bavariya” və İngiltərə millisinin heyətində cəmi 73 qol vurub və rəqiblərini ciddi fərqlə qabaqlayıb.

Kişilər arasında qalib Keyn, qadınlar arasında isə “Barselona”da oynayan Polşa millisinin hücumçusu Eva Pajor olub. Pajor bu mükafatı ardıcıl ikinci dəfə qazanıb.

Keyn bu mükafata ilk dəfə layiq görülmür. O, 2024-cü ildə Herd Müller Trofeyini Kilian Mbappe ilə bölüşmüşdü.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest