“Barselona” və İspaniya millisinin hücumçusu Lamin Yamal “Qızıl top” mərasimində ilin ən yaxşı gənc futbolçusu seçilib. Matc.az xəbər verir ki, mərasimdə İngiltərə yığmasının və “Bavariya”nın hücumçusu Harri Keyn 19 yaşlı həmkarının çıxışından danışıb.
Keyn Yamalın sürətli yüksəlişini öz karyera yolu ilə müqayisə edib.
“Lamin inanılmaz futbolçudur. Bu yaşda meydanda etdikləri heyranedicidir”, – deyə Keyn bildirib.

İngilis hücumçu qeyd edib ki, onun gənc yaşlarında karyerası fərqli olub: “Mən onun yaşında olanda icarə əsasında klublar dəyişirdim. Hər futbolçunun öz yolu var, amma Lamin peşəkar karyerasına çox parlaq başlayıb. Bu qədər erkən mərhələdə göstərdikləri onun istedadının nə qədər böyük olduğunu açıq şəkildə göstərir”.













