FİFA prezidenti Canni İnfantino Bakıda keçirilən “Sabah” – “Qarabağ” görüşünü canlı izlədikdən sonra rəsmi "Instagram" hesabında paylaşım edərək təəssüratlarını bölüşüb.

Matc.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri paytaxtımızdakı futbol atmosferini və oyundakı rəqabəti yüksək qiymətləndirib: "Oyunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA-nın prezidenti Rövşən Nəcəf, FIFA Şurasının üzvü və Cibuti Futbol Federasiyasının prezidenti Suleiman Hassan Uaberi , FIFA Şurasının üzvləri Yohanna Vud  və Rodolfo Villalobos, eləcə də "Sabah" FK prezidenti Maqsud Adıgözəlov və digər rəsmi şəxslərlə birgə izləməkdən məmnunluq duydum.

Futbolun insanları necə bir araya gətirdiyini və sevinc bəxş etdiyini sübut edən bu cür möhtəşəm atmosfer yaratdıqları üçün hər iki kluba və bütün azarkeşlərə təşəkkür edirəm".

Qeyd edək ki, Mərdəkanda keçirilən  “Sabah” – “Qarabağ” görüşündə qapılara top vurulmayıb - 0:0.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest