26 Oktyabr 2026, 11:08
FUTBOL
1992-ci ildən bəri keçirilən milli çempionatlar tarixində ilk 8 matçda yalnız 1 top buraxılması faktı ümumilikdə 5-ci dəfə qeydə alınır.
Premyer Liqanın cari mövsümündə sərgilədiyi inamlı müdafiə xətti ilə diqqət çəkən "Sabah" ölkə çempionatları tarixində əlamətdar nailiyyətə imza atıb. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi arxada qalan 8 tur ərzində qapısında cəmi 1 qol görüb.
Oyunbaşına orta hesabla 0,125 qol buraxan “bayquşlar” bununla da Azərbaycan çempionatları tarixinin ən yaxşı start göstəricilərindən birini təkrarlayıblar.
1992-ci ildən bəri keçirilən milli çempionatlar tarixində ilk 8 matçda yalnız 1 top buraxılması faktı ümumilikdə 5-ci dəfə qeydə alınır.
Sonuncu dəfə bu uğura 2016/2017 mövsümündə “Qəbələ” klubu nail olmuşdu. Beləliklə, "Sabah" tam 10 ildən sonra bu nadir rekordu təkrarlayan ilk komanda olub.
Azərbaycan futbolu tarixində ilk 8 turda qapısını yalnız 1 dəfə toxunulmaz saxlayan digər klublar aşağıdakılardır:
2001/2002 mövsümü: "Neftçi"
2007/2008 mövsümü: AZAL ("Standard")
2016/2017 mövsümü: "Qəbələ"













