09 Oktyabr 2026, 18:42
FUTBOL
"Tələskənlikdən oyuna nəzarət edə bilmədik".
"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının VII turunda Şamaxı şəhər stadionunda "Kəpəz"ə 0:2 hesabı ilə məğlub olub.
Matc.az xəbər verir ki, "ağ-qırmızılar"ın baş məşqçisi Yuri Maksimov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Matça yaxşı başlamışdıq. Çalışırdıq ki, oyuna nəzarət edək. Öz səhvlərimizdən qollar buraxdıq. Tələskənlikdən oyuna nəzarət edə bilmədik. Artıq "Sumqayıt"la matça hazırlaşacağıq".













