"Bavariya" komandanın lideri Maykl Olise ilə müqavilənin müddətinin uzadılması barədə danışıqlara başlamağı planlaşdırır. Münhen klubu fransalı sağ cinah vingerini komandada saxlamaq üçün əlindən gələni etmək niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə "Bayern & Germany" nəşri məlumat yayıb.
Onun almanlarla rəsmi müqaviləsi 2029-cu il iyunun sonuna qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Olisenin transfer dəyərini 180 milyon avro qiymətləndirir.
Olisenin "Bavariya" ilə yeni müqaviləsi onu Münhen nəhənginin ən yüksək ödənişli oyunçusu edə bilər. Eyni zamanda, Mayklı Madridin "Real" və İngiltərənin "Liverpul" klublarının skautları da yaxından izləyirlər.
"Bavariya"nın Oliseyə illik 25 milyon avro maaşla 2032-ci ilin yayına qədər müqavilə təklif etdiyi bildirilir. Lakin fransalı futbolçu yeni sözləşməyə 200 milyon avro məbləğində sərbəstqalma bəndinin daxil edilməsini tələb edir.
Xatırladaq ki, vinger 2024-cü ilin yayından Münhen təmsilçisində çıxış edir. O, bu müddət ərzində Almaniya komandasının heyətində 114 matçda meydana çıxıb, 50 qol vurub və 58 məhsuldar ötürmə edib.
Cari mövsümündə isə keçirdiyi 7 oyunda rəqib qapılarına 8 qol vurmağı və 4 məhsuldar ötürmə etməyi bacarıb.













