09 Oktyabr 2026, 16:35
FUTBOL
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışı keçirəcək.
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışı keçirəcək.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, U-15 millimiz oktyabrın 16-dan 18-dək Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Daha sonra isə komandamız oktyabrın 19-dan 27-dək Maltada təşkil olunacaq UEFA İnkişaf Turnirində iştirak edəcək.













