"Barselona"nın baş məşqçisi Hans-Diter Flik cari 2026/27 mövsümünün yaxın iki oyununda komandanın kapitanı Rafinyanın xidmətindən istifadə edə bilməyəcəyini bildirib.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubu Braziliya millisinin düşərgəsində zədədən qaçmağı bacaran aparıcı futbolçusunu qorumaq qərarına gəlib. Zədə şübhəsi səbəbindən futbolçu yığmanın toplanışını vaxtından əvvəl tərk edib.

"Rafinya zədəli deyil, lakin biz diqqətli olmalıyıq. Çünki o, ötən il üç dəfə zədələnib, ona görə də onun qayğısına qalmalıyıq. O, sabah və ya "Qalatasaray"la oyunda meydana çıxa bilməyəcək", – deyə Flik bildirib.

Oktyabrın 10-da "Barselona" La Liqanın 8-ci turunda "Xetafe" ilə qarşılaşacaq (matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq). Həmçinin ulduz futbolçu oktyabrın 13-də saat 23:00-da Çempionlar Liqasında Türkiyə "Qalatasaray"ına qarşı keçiriləcək səfər oyununda da komandasına kömək edə bilməyəcək.

Bu mövsüm Rafinya meydana çıxdığı 8 rəsmi matçda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest