09 Oktyabr 2026, 17:46
FUTBOL
Azərbaycan Kubokunda tarixin 3700-cü qolu vurulub.
Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Yubiley ölkə kubokunun I təsnifat mərhələsinin "Difai" – "Zəngəzur" matçına (1:3) təsadüf edib. Qonaqların futbolçusu Kənan Mirzəliyev görüşdə sonuncu, mövsümdə isə 23-cü qolun müəllifi olub.
Bu, 1992-ci ildən keçirilən yarışın tarixinə 3700-cü top kimi düşüb. Baş tutan 1216 qarşılaşmadan sonra bu rəqəm 3713-ə yüksəlib.
Qeyd edək ki, turnirdə ilk qolu 1992-ci ildə "Pambıqçı"nın (Neftçala) futbolçusu Elnur Əsgərov vurub.













