AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində oktyabrın 5-dən 8-dək UEFA A kateqoriyalı məşqçi kursunun I modulu keçirilib.

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində oktyabrın 5-dən 8-dək UEFA A kateqoriyalı məşqçi kursunun I modulu keçirilib.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, modul çərçivəsində təlimləri AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və AFFA-nın Texniki Departamentinin mütəxəssisi, təlimçi Osman Rəhimov aparıblar.

UEFA A məşqçilik kursu UEFA B lisenziyasından sonra məşqçi inkişaf yolunun növbəti mərhələsidir. Kurs peşəkar və elit yeniyetmə komandalarında çalışan baş və köməkçi məşqçilər üçün nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest