AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən növbəti təyinat alıb.

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən növbəti təyinat alıb.

Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

O, qadınlar arasında futbol üzrə dünya çempionatının seçmə mərhələsinin pley-offunun birinci raundunda keçiriləcək Albaniya – Uels oyununda UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Albaniyanın Şkoder şəhərində yerləşən "Loro Boriçi" stadionunda keçiriləcək. Oyun oktyabrın 9-da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest