"Fənərbaxça"nın baş məşqçisi İsmayıl Kartal milli fasilədə komandanın oyun modelini inkişaf ettirmək üçün mühüm yeniliyə əl atıb.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Bildirilir ki, təcrübəli mütəxəssis süni intellekt dəstəyi ilə işləyən xüsusi məlumat analizi şirkəti ilə anlaşıb. Bununla da həm İstanbul klubunun performansı, həm də rəqiblərin güclü və zəif tərəfləri daha dərindən araşdırılacaq.

Yeni sistem vasitəsilə "sarı-lacivərdlilər"in matçlardakı presinq səmərəliliyi, top qazanma zonaları, keçidlər, zərbə keyfiyyəti və futbolçuların meydandakı mövqeləri kimi bir çox parametr emal olunacaq.

Həmçinin Türkiyə Superliqasındakı rəqiblərin oyun vərdişləri analiz edilərək önümüzdəki həftələrin oyun planları üçün indidən məlumat bazası yaradılır. Kartalın köməkçi heyətinə bu sahə üzrə mütəxəssis olan yeni bir ismin də qatıldığı bildirilir.

Baş məşqçinin xüsusi diqqət yetirdiyi digər sahə isə standart vəziyyətlərdir. Bu mövsüm standart vəziyyətlərdən vurduğu qollarla diqqət çəkən komandada mövcud taktikalara yeniləri əlavə olunur. Künc zərbələri zamanı fərqli qaçış trayektoriyaları, ön və arxa dirək variantları ilə ikinci topların dəyərləndirilməsinə yönəlmiş yeni tapşırıqlar üzərində işlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest