"Liverpul" hələlik komandanın qapıçısı Alisson Bekerlə müqaviləni yeniləməyi planlaşdırmır.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.

Bildirilir ki, klub rəsmi danışıqlara çətin ki, 2026-cı ilin sonundan əvvəl başlasın, əgər tərəflər yeni müqavilə barədə razılığa gəlməsələr, Alisson komandanı azad agent kimi tərk edə biləcək.

"Liverpul" oktyabrda 34 yaşı tamam olacaq qapıçının oyununu və fiziki durumunu qiymətləndirəcək. Klub həmçinin Giorgi Mamardaşvili və gənc belçikalı Lukka Brüqmansın inkişafını da izləyəcək.

Alissonun yaşı, əvvəlki zədələri və daha gənc qapıçıların olması müqavilə ilə bağlı qərara təsir göstərə bilər. Bununla belə, braziliyalı bu mövsüm komandanın hər bir matçında əsas heyətdə meydana çıxıb.

Braziliyalı qapıçının hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. Bu ilin əvvəlində "Liverpul" onun müqaviləsini 1 mövsümlük uzatmaq bəndindən yararlanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest