Fransa milli komandasının yeni baş məşqçisi Zinəddin Zidan komandanın iş formatını dəyişmək və futbolçular təlim-məşq toplanışına gələnə qədər medianın girişini məhdudlaşdırmaq qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" radiosu məlumat yayıb.
Bildirilir ki, jurnalistlərə və fotoqraflara oyunçuların milli komandanın düşərgəsinə gəlişini işıqlandırmaq qadağan edilib.
Əvvəlki illərdə futbolçuların toplanışa gəlişi tez-tez özünəməxsus bir dəb nümayişinə çevrilirdi. Xüsusilə müdafiəçi Jül Kunderin qeyri-adi obrazları böyük maraq cəlb edirdi.
Zidan bu ənənədən imtina etmək qərarına gəlib. Məşqçilər heyəti toplanışın ilk günlərində media səs-küyünü minimuma endirməyə və futbolçuları tamamilə matçlara hazırlığa kökləməyə çalışır.









_1789752783.png)



