"Qalatasaray"ın Trendyol Süperliqasının VI turunda səfərdə "Trabzonspor"la keçirəcəyi oyun üçün heyəti bəlli olub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, "sarı-qırmızılılar"da müalicələri davam edən Mario Lemina, Vilfrid Sinqo və Viktor Osimhen ilə yanaşı, son məşqdə aşil vətərində ağrı hiss edən Kaan Ayhan da "Trabzonspor" qarşılaşmasının heyətinə daxil edilməyib. İstanbul təmsilçisində ümumilikdə 4 futbolçu heyətdən kənarda qalıb.
"Qalatasaray"ın heyətində yer alan futbolçular isə bunlardır: Uğurcan Çakır, El Şadail Bitşabu, İsmayıl Yakobs, Davinson Sançes, Roland Şallai, Qabriel Sara, Leroy Sane, Yunus Akgün, Eren Elmalı, Lesli Uqoçukvu, İlkay Gündoğan, Dəniz Gül, Jankat Yılmaz, Rafael Leao, Lukas Toreyra, Abdülkerim Bardakcı, Barış Alper Yılmaz, Enes Emre Büyük, Renato Nyaqa, Berat Luş, Aleksey Batrakov, Kazımcan Karataş, Arda Ünyay.
Qeyd edək ki, "Trabzonspor" – "Qalatasaray" derbisi 19 sentyabr şənbə günü Trabzondakı "Papara Park" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.



_1789752783.png)



_1789745813.jpg)





