"Qalatasaray"da zədədən yeni qayıdan və bərpa prosesi davam edən Viktor Osimhen, klubun rəsmi müraciətinə baxmayaraq, Nigeriya Futbol Federasiyası tərəfindən milli komandanın heyətinə çağırılıb.
Matc.az xəbər verir ki, bu barədə "Spor Arena" nəşri məlumat yayıb.
Bildirilir ki, Türkiyə Superliqasının 4-cü turunda keçirilən "Başakşəhər" matçında zədələnərək oyundan çıxan Osimhen, təxminən 15 gündür davam edən müalicə müddətində çempionatda "Kocaelispor", Çempionlar Liqasında isə "Sportinq" ilə oyunları buraxmalı olub.
Hələlik komanda ilə məşqlərə başlamayan və idman zalında fərdi proqramla çalışan ulduz hücumçu üçün "Qalatasaray" rəhbərliyi yaxınlaşan milli fasilə öncəsi Nigeriya Futbol Federasiyasına yazılı müraciət ünvanlayıb. İstanbul təmsilçisi oyunçunun bərpa mərhələsində olduğunu əsas gətirərək, onun Afrika Millətlər Kubokunun seçmə mərhələ oyunlarının heyətinə daxil edilməməsini xahiş edib.
Lakin Nigeriya Futbol Federasiyası "Qalatasaray"ın bu istəyini rədd edib. Qurum göndərdiyi cavab məktubunda Osimhenin komanda üçün böyük əhəmiyyət kəsb etdiyini, Madaqaskar və Qvineya-Bisau ilə qarşılaşmaların isə "çox kritik iki oyun" olduğunu qeyd edib.
Beləliklə, sentyabrın 25-də Madaqaskar, sentyabrın 29-da isə Qvineya-Bisau ilə üz-üzə gələcək Nigeriya millisinin 24 nəfərlik namizəd heyətinə Osimhen də daxil edilib.






_1789752783.png)



_1789745813.jpg)


