"Kalyari"nin hücumameyilli yarımmüdafiəçisi Daniel Maldini avtomobil qəzasına düşüb.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" idman nəşri məlumat yayıb.

Bildirilir ki, hadisə sentyabrın 12-dən 13-nə keçən gecə baş verib. Bu hadisə kiçik Maldininin A Seriyasının 4-cü turunda "Atalanta"ya qarşı keçirilən oyunda (qonaqda "Kalyari"nin 2:1 hesablı qələbəsi) penaltidən qalibiyyət qolunu vurmasından cəmi bir neçə saat sonra qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi səhər saat 5:15-də Milanın şimalındakı Karaççolo küçəsində qeydə alınıb. Kiçik Maldini oyundan sonra Berqamodan öz maşını ilə ora yollanıb. İki avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Maldini özü xəstəxanaya yerləşdirilsə də, onun aldığı xəsarətlər yüngül olub. Tezliklə o, xəstəxanadan evə buraxılıb və artıq geri dönüb.

Qeyd edək ki, Daniel Maldini "Milan"ın sabiq kapitanı Paolo Maldininin oğludur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest