"Sabahın ulduzları" Bakı kubokunun U-14 yaş qrupunda 11-ci tura start verilib.

Matc.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma keçirilib.

Sentyabrın 12-də baş tutan oyunlarda ümumilikdə 21 qol vurulub. EFA doğma meydanda "Sumqayıt"a 3:4 hesabı ilə məğlub olub. Digər oyunda "Vətən" öz meydanında "Xan" klubunu 4:2 hesabı ilə üstələyib.

Günün ən məhsuldar oyunu isə Zirədə qeydə alınıb. "Zirə" öz evində "Neftçi"yə böyük hesabla uduzub – 2:6.

Qeyd edək ki, 11-ci tura sentyabrın 13-də keçiriləcək "Qarabağ" – "Qəbələ", "Dostluq" – "Ulduz" və "Sabah" – "Azərbaycan Qartalları" qarşılaşmaları ilə yekun vurulacaq.

12 sentyabr

EFA – "Sumqayıt" - 3:4
Qollar: Bəybala Məmmədov (20), Əli Hüseynli (22), Hüseyn Dalivanov (40+2) // Ramal Dünyamalı (17, 50, 74), Mehrac Əhmədli (29).
Baş hakim: Məleykə Məmmədova

"Vətən""Xan" - 4:2
Qollar: Ayxan Abbasov (39), Umut Şirvanlı (58, 64, 69) // Yusif Niftəliyev (42), Nasim Məmmədov (51).
Baş hakim: Sadiq Əliyev

"Zirə""Neftçi" - 2:6
Qollar:  Fərid Qasımov (26), №7. İbrahim Hüseynzadə (55) // №17. Adil Şabanov (13), №23. Rəsul Abuzov (40+2), №14. Məhəmməd Vəlizadə, Bəxtiyar Bayramlı (46), Daniyal Xəlil (58), Nihat Behbudov (78).
Baş hakim: Nizami Səmədov

Sentyabrın 13-də keçiriləcək oyunlar:

U-14, 11-ci tur

"Qarabağ" – "Qəbələ"
"Dostluq" – "Ulduz"
"Sabah" – "Azərbaycan Qartalları"

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest