"Atletiko Mineyro" ÇSKA-nın hücumçu Tomas Kuelonun transferi üçün etdiyi 15 milyon avroluq təklifi rədd edib.

Matc.az xəbər verir ki, bu barədə nüfuzlu ESPN nəşri məlumat yayıb.

Bildirilir ki, rədd edilən təklifdə sabit məbləğlə yanaşı, 26 yaşlı vinger müəyyən göstəricilərə nail olacağı təqdirdə ödəniləcək mümkün bonuslar da yer alıb. Belu-Orizonti təmsilçisi transfer danışıqlarına müqavimət göstərir və Moskva klubunun futbolçu üçün yeni bir addım atıb-atmayacağını gözləyir.

Vurğulanır ki, "Atletiko Mineyro" rəhbərliyi təklif olunan məbləğdən əlavə, müqavilənin təqdim olunma formasından da narazı qalıb.

Qeyd edək ki, Kuelo 2025-ci ilin yanvarından Braziliya klubunda çıxış edir. Bu müddət ərzində hücumçu bütün turnirlərdə 82 matçda iştirak edib, 13 qol vurub və 14 məhsuldar ötürmə ilə yaddaqalan olub. Oyunçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin sonuna kimidir. "Transfermarkt" portalında futbolçunun dəyəri 6 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest