21-28 avqust tarixlərində Bakıda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək.

21-28 avqust tarixlərində Bakıda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək.

Matc.az xəbər verir ki, ölkəmizin ev sahibliyi etdiyi C qrupunun qarşılaşmaları Milli Gimnastika Arenasında təşkil olunacaq.

Yarışın açılış mərasimi 21 avqustda saat 18:15-də keçiriləcək. Açılış mərasimindən sonra, saat 19:00-da Azərbaycan və Portuqaliya milli komandaları arasında C qrupunun ilk oyunu başlayacaq.

Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatı 21 avqust-6 sentyabr tarixlərində Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə keçirilir.

Bakının ev sahibi olduğu C qrupunda Azərbaycan, Niderland, İspaniya, Belçika, Portuqaliya və Rumıniya milli komandaları mübarizə aparır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest