19 Avqust 2026, 20:55
FUTBOL
"Braqa" "Ştutqart"ın hücumçusu Yovan Miloşeviçi transfer edib.
Matc.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər 21 yaşlı hücumçu ilə 2031-ci ilə qədər müqavilə imzalayıb və müqavilədə 60 milyon avro sərbəstqalma məbləği qeyd olunub.
Bildirilir ki, sövdələşmənin məbləği təxminən 8 milyon avro təşkil edib.
2025/26 mövsümündə Miloşeviç "Verder"in heyətində Bundesliqada 13 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.













