19 Avqust 2026, 19:58
FUTBOL
Münhen "Bavariya"sının və İngiltərə millisinin ulduz hücumçusu Harri Keyn 2026-cı ilin "Qızıl buts" mükafatının qalibi olub.
Matc.az xəbər verir ki, bu barədə Almaniya çempionunun mətbuat xidməti məlumat yayıb.
Keynə mükafatın təqdimetmə mərasimi bu gün Münhendə, "Alyans Arena" stadionundakı Bavariya klubunun muzeyində baş tutub.
"Qızıl buts" hər il Avropa çempionatlarının ən yaxşı bombardirinə təqdim edilir. Keynin aktivində 2025/26 mövsümündə Almaniya Bundesliqasının 31 oyununda vurduğu 36 qol var
"Qızıl buts" uğrunda mübarizədə o, Mançester Sitidən norveçli Erlinq Halandı (54 xal) və "Real"dan fransalı Kilian Mbappeni (50 xal) qabaqlayıb.
Qeyd edək ki, Keyn karyerasında ikinci dəfə "Qızıl buts"un sahibi olub.













