"Parma"nın yaponiyalı qapıçısı Sion Suzuki və Madrid "Atletiko"sunun italyan müdafiəçisi Matteo Rudceri "Aston Villa"nın futbolçusu olublar.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Hhər iki oyunçunun müqavilə müddəti açıqlanmır. Suzuki bonuslar da daxil olmaqla "Aston Villa"ya 35 milyon avroya başa gələcəyi bildirilir.

Rudceri üçün isə 25 milyon avro ilə yanaşı, əlavə 1,5 milyon avro bonus ödəniləcək.

Qeyd edək ki, Suzuki PSJ-yə keçməyə çox yaxın olsa da, yaponiyalı qapıçının menecerlərinin son anda daha yüksək komissiya haqqı tələb etməsi səbəbindən bu transfer baş tutmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest