19 Avqust 2026, 17:27
FUTBOL
"Fənərbaxça"nın hücumçusu Sidiki Şerif karyerasını İngiltərədə davam etdirəcək.
Matc.az xəbər verir ki, "Koventri Siti" fransalı futbolçunun transferini rəsmiləşdirib.
Keçidin maliyyə detalları və müqavilə şərtləri hələlik ictimaiyyətə açıqlanmayıb.
Qeyd edək ki, İstanbul təmsilçisi Sidiki Şerifi cari ilin yanvar ayında Fransanın "Anje" klubundan heyətinə qatmışdı. 19 yaşlı forvard "Fənərbaxça" forması ilə meydana çıxdığı 17 rəsmi qarşılaşmada 3 qol və 1 məhsuldar ötürmə ilə yaddan qalıb.













