Madrid "Real"ının baş məşqçisi Joze Mourinyo fransalı hücumçu Kilian Mbappenin səviyyəsi barədə fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, Joze Mourinyo verdiyi müsahibədə portuqaliyalı mütəxəssisə ünvanlanan "Siz artıq "Real" Madridin nə olduğunu başa düşmüsünüz. Deyin görək, son illərdə "Real"da izlədiyiniz Mbappe görməyi gözlədiyiniz həmin o oyunçudur?" sualına "Mbappe inanılmazdır. Bəzən məşqlərdə o, məni güldürür" cavabını verib.
Baş məşqçi bunun səbəbini isə "Çünki o, inanılmaz dərəcədə yaxşıdır. Bu, həqiqətən də yadplanetli səviyyəsində olan bir futbolçudur" sözləri ilə izah edib.
Qeyd edək ki, Joze Mourinyu iyul ayında "Real"ın baş məşqçisi təyin edilib. Mbappe isə 2024-cü ilin iyulundan Madrid klubunda çıxış edir və onun müqaviləsi 2029-cu ilin iyununa qədər nəzərdə tutulub.













