“2024-cü ildə “Qızıl top” mükafatının qalibi, İspaniya millisinin yarımmüdafiəçisi Rodri Madrid “Real”ına keçmək qərarına şübhə etməməli idi”. Matc.az xəbər verir ki, bunu “Real”ın baş məşqçisi Joze Mourinyo deyib.
Az öncə jurnalist Fabritsio Romano Rodri-nin “Real”a keçə biləcəyini bildirmişdi. Sonradan “Barselona” futbolçunun transferini rəsmən açıqladı.
“Bəli, onunla bir neçə dəfə danışmışam. “Real” ona çox yaxşı təklif etmişdi. Rodri şübhə, tərəddüd edirdi və onun bu tərəddüdləri məndə də müəyyən suallar yaratdı. O, möhtəşəm futbolçudu və bizimlə çox peşəkar davranıb. Onun haqqında deyəcək pis sözüm yoxdu. Amma “Real” elə bir klubdu ki, ora keçmək məsələsində tərəddüd edən futbolçu olmamalıdı” – deyə, Mourinyo bildirib.
30 yaşlı Rodri 2019-cu ildən “Mançester Siti”nin formasını geyinir. İspaniyalı futbolçu daha əvvəl “Atletiko Madrid” və “Vilyarreal”da çıxış edib.
Rodri “Mançester Siti” ilə dörd dəfə İngiltərə çempionu, üç dəfə İngiltərə Liqa Kubokunun və iki dəfə İngiltərə Kubokunun qalibi olub. O, həmçinin iki dəfə UEFA Super Kubokunu, bir dəfə Çempionlar Liqasını, İngiltərə Super Kubokunu və FIFA Klublararası Dünya Kubokunu qazanıb.
Milli komanda səviyyəsində isə Rodri İspaniya ilə 2024-cü ildə Avropa çempionu, 2023-cü ildə Millətlər Liqasının qalibi olub. 2026-cı il Dünya Kubokunda turnirin ən yaxşı futbolçusu seçilən yarımmüdafiəçi 2024-cü ildə “France Football” jurnalının təqdim etdiyi “Qızıl top” mükafatına da sahib çıxıb.













