"Mançester Siti"nin dayaq yarımmüdafiəçisi və İspaniya millisinin üzvü Rodri "Barselona"nın futbolçusu olub.

Matc.az xəbər verir ki, bu barədə İspaniya çempionunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, dayaq yarımmüdafiəçisi ilə müqavilə 4 il müddətinə – 2030-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Transfer məbləği rəsmi olaraq açıqlanmasa da, söhbət 60 milyon avro və əlavə 15 milyon avro bonusdan gedir.

Rodri özü də bir qədər əvvəl "Barselona"ya keçəcəyinin anonsunu vermişdi. 30 yaşlı ispan futbolçu 2019-cu ilin iyul ayından etibarən "Mançester Siti"nin şərəfini qoruyurdu. O, "şəhərlilər"in heyətində ümumilikdə 298 matça çıxıb və komanda ilə birlikdə 13 trofey, o cümlədən 2023-cü ildə Çempionlar Liqasını qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest