"Porto"nun hücumameyilli yarımmüdafiəçisi və Portuqaliya yeniyetmə millisinin üzvü Rodriqo Mora karyerasını "Roma"da davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, klublar artıq transferin şərtləri barədə şifahi razılıq əldə ediblər. "Roma" bu keçid üçün 25 milyon avro ödəyəcək. "Portu" isə Moranın növbəti transfer məbləğinin 50 faizini almaq hüququ qazanacaq. İtaliya təmsilçisi bu hüququ əvvəlcədən razılaşdırılmış məbləğ müqabilində birdəfəlik satın ala biləcək.

Mora "Portu" klubunun yetirməsidir və 2024-cü ildən əsas komandada çıxış edir. Ötən mövsüm o, bütün turnirlərdə meydana çıxdığı 44 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

19 yaşlı futbolçu Portuqaliyanın 21 yaşadək futbolçulardan ibarət millisinin heyətində keçirdiyi 4 oyunda 4 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest