PSV-nin hücumçusu İbrahim Mbaye "Liverpul" ilə 5 illik müqavilə imzalamağa razılıq verib. İndi "qırmızılar" yay "transfer pəncərəsi"ndə 18 yaşlı vingerin keçidini rəsmiləşdirmək üçün Paris klubu ilə danışıqları sürətləndirmək niyyətindədirlər.

Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" idman nəşri məlumat yayıb.

Bildirilir ki, "Liverpul" eyni zamanda hücumçu Bredli Barkola ilə bağlı da PSV ilə danışıqları davam etdirir. Mersisaydlıların bu həftə yeni bir təklif irəli sürəcəyi gözlənilir.

Mbaye PSV akademiyasının yetirməsidir. Ötən mövsüm hücumçu bütün turnirlərdə ümumilikdə 31 matçda iştirak edib, bu oyunlarda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest