Madridin "Real" klubu bu gün Joze Mourinyonu əsas komandanın baş məşqçisi kimi təqdim edib.

Matc.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, təqdimat mərasimi İspaniya nəhənginin iclas zalında baş tutub. "Kral klubu"nun prezidenti Florentino Peres və portuqaliyalı mütəxəssis müqavilə imzalayaraq bir-birlərini yeni əməkdaşlığın başlaması münasibətilə təbrik ediblər.

Mourinyonun Madrid klubu ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədə olacaq. Rəsmi tədbir zamanı 63 yaşlı mütəxəssisə "Santiaqo Bernabeu" stadionunun maketi, saat və üzərində adı yazılmış "Real" forması hədiyyə edilib.

Mourinyo daha əvvəl 2010-2013-cü illərdə də Madrid klubunda çalışıb və komandanın sükanı arxasında 178 oyuna çıxıb. Joze "Kral klubu"na üç trofey qazandırıb: İspaniya çempionluğu (2011/12), İspaniya Superkuboku (2012/13) və ölkə kuboku (2010/11).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest