“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubu ilə keçirəcəyi səfər oyunu öncəsi baş məşqçi Qurban Qurbanovun mətbuat konfransının vaxtı və yeri müəyyənləşib.
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubu ilə keçirəcəyi səfər oyunu öncəsi baş məşqçi Qurban Qurbanovun mətbuat konfransının vaxtı və yeri müəyyənləşib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, qarşılaşmadan bir gün əvvəl - avqustun 19-da keçiriləcək konfrans saat 11:00-da başlayacaq. Tədbir Bakıda, “Azersun Arena”da təşkil olunacaq.
Qeyd edək ki, “Tvente” – “Qarabağ” oyunu avqustun 20-də Niderlandın Enşede şəhərindəki “De Qrolş Veste” stadionunda baş tutacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması isə avqustun 27-də Bakıda keçiriləcək.












