18 Avqust 2026, 13:12
FUTBOL
"Nyukasl" Bosniya və Herseqovina millisinin müdafiəçisi Amar Dediçin "Benfika"dan komandaya keçdiyini elan edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, futbolçunun ingilis klubu ilə bağladığı əmək müqaviləsinin müddəti 5 il üçün nəzərdə tutulub. Müdafiəçi "sağsağanlar"ın heyətində 37 nömrəli formada çıxış edəcək.
Dediç transferi barədə fikirlərini bölüşüb: "Mənim üçün "Nyukasl"a qoşulmaq xüsusi bir hiss və böyük şərəfdir. Burada olduğum üçün çox şadam, klub və bu möhtəşəm azarkeşlər üçün oynamağa başlamağı səbirsizliklə gözləyirəm. Mattias Yayssle ilə yenidən işləmək imkanı mənim üçün çox vacib amil oldu. Başlamaq üçün çox həyəcanlıyam".













