18 Avqust 2026, 12:39
FUTBOL
"Çelsi"nin hücumçusu Liam Delap A Seriyası təmsilçisi "Komo"nun ona olan marağına baxmayaraq, İngiltərə Premyer Liqasında qalmaq niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə insayder və jurnalist Aleks Kruk sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, London klubu 47 milyon avrodan az olmayan təklif gələcəyi təqdirdə Delapı satmağa hazırdır.
Hücumçu ötən ilin yayında "İpsviç"dən "Çelsi"yə keçib. İngiltərə Premyer Liqasının ötən mövsümündə oyunçu 28 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 28 milyon avro təşkil edir.













