"Mançester Yunayted" yarımmüdafiəçisi və komandanın kapitanı Brunu Fernandeş ilə müqavilənin müddətini uzatmaq istəyir. Mançester təmsilçisi portuqaliyalı futbolçunu satmaq fikrində olmadığını qəti şəkildə bildirib.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" idman nəşri məlumat yayıb.
Bildirilir ki, daha əvvəl "Qalatasaray" oyunçu ilə yaxından maraqlansa da, klub rəhbərliyi onun gedişinə icazə verməyib. Futbolçunun özü də hazırkı komandasında qalmaq istəyini ifadə edib. Eyni zamanda, Fernandeşin xarici klublar üçün nəzərdə tutulan 57 milyon funt-sterlinqlik sərbəstqalma maddəsi də qüvvədən düşüb.
Yarımmüdafiəçi 2020-ci ilin yanvarından etibarən Mançester klubunda çıxış edir. Ötən mövsüm Fernandeş bütün turnirlərdə ümumilikdə 37 matçda meydana çıxıb, bu oyunlarda 9 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.













