"Sabah" komandasının UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsində qarşılaşa biləcəyi rəqib artıq məlumdur.

"Sabah" komandasının UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsində qarşılaşa biləcəyi rəqib artıq məlumdur.

Matc.az xəbər verir ki, bu, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçirilən rəsmi püşkatma mərasimində dəqiqləşib.

Əgər Azərbaycan çempionu turnirin I təsnifat mərhələsində Uelsin TNS komandasını mübarizədən kənarlaşdıra bilsə, növbəti raundda onu Şimali Makedoniyanın "Vardar" və Finlandiyanın "Kups" klublarının mübarizə aparacağı cütün qalibi gözləyəcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk qarşılaşmaları iyulun 17-də, cavab matçları isə iyulun 21-22-də baş tutacaq.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest