"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin bir çoxu artıq bəllidir.

Matc.az xəbər verir ki, Azərbaycan çempionu "Şemrok Rovers" (İrlandiya), KuPS (Finlandiya), "Drita" (Kosovo), "Linkoln Red İmps" (Cəbəllütariq), "Borats" (Bosniya və Herseqovina), "Vikinqur" (İslandiya), "Kayrat" (Qazaxıstan), "Universitatya Krayova" (Rumıniya), "Riqa" (Latviya), "Klaskvik" Farer adaları), "Flora" (Tallin), "Larn" (Şimali İrlandiya), "Petrokub" və (Moldova) TNS (Uels) iləqarşılaşa bilər.

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Bu raundun oyunları isə iyulun 7/8 və 14/15-i baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest