06 May 2026, 11:59
FUTBOL
"Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Germanijak" portqalı məlumat yayıb.
"Kristal Pelas" icarə əsasında "Dinamo"da çıxış edən xorvatiyalı qolkiperi transfer etmək istəyir. London klubu 31 yaşlı futbolçu üçün İstanbul nəhənginin tələb etdiyi 5 milyon avronu ödəməyə hazırdır.
Qeyd edək ki, "Fənərbaxça" Livakoviçi bu ilin yanvarında "Dinamo"ya icarəyə verib. Xorvatiya millisinin üzvü Zaqreb təmsilçisinin heyətində keçirdiyi 14 oyunda qapısında 16 qol görüb.






 (1)_1778066809.jpg)
_1778065196.jpg)
_1778064537.jpg)



